Alman polisinin həbs etdiyi Əlövsət Əliyevdən xəbər var

  • 12:28 - 06 Dekabr

Oğlu alman polisi tərəfindən saxlanılan "Legat" İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyevlə görüşüb.

Bu barədə Modern.az-a Ə.Əliyevin oğlu Türkel Rüstəmxanlı bildirib.

T.Rüstəmxanlı deyib ki, bütün prosedurlar qanuni çərçivədə aparılır:

“Atamla bağlı hər şey qaydasındadır. Amma görüşün detalları barədə mətbuata məlumat verə bilmərəm. Çünki cinayət işi davam edir. Nəticələrin necə olacağı bəlli deyil. Ona görə indidən nəsə söyləmək, kimlərisə ittiham etmək, fikir yürütmək doğru deyil”.

O qeyd edib ki, istintaq getdiyindən əlavə məlumat verə bilmir:

“Yenilik olan kimi ictimaiyyətə məlumat açıqlayacağıq”.

Qeyd edək ki, Almaniya polisi ölkənin Nidersaksen, Şlezviq-Holşteyn, Bremen, Şimali Reyn Vestfaliya, Bradenburq və Reynland-Pfalts əyalətlərində 38-dən çox ev və iş yerlərində yoxlama aparıb, miqrant alveri ilə məşğul olan azərbaycanlılardan ibarət dəstə saxlanılıb. Onların arasında azərbaycanlı Əlövsət Əliyev də var. Əlövsət Əliyevin barəsində həbs-qətimkan tədbiri seçilib.


Oxunma sayı: 2014

Oxşar yazılar