Merkel yenə titrədi - Video

  • 11:43 - 06 Dekabr

Almaniya Kansleri Angela Merkel Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi öz iqamətgahında qarşılayan zaman dövlət himnlərini əyləşərək dinləyib. 

Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, Qazaxıstan Prezidenti ilə görüşdə hərbi salamlaşma zamanı Merkel və Tokayev üçün iki stul qoyulub. 

Himn səslənəndə Tokayev ayağa qalxıb, amma Merkel narahat olub və əsməyə başlayıb. 

Buna görə, o, himni oturduğu vəziyyətdə dinləyib. 

Xatırladaq ki, 2019-cu ilin yayında kanslerlə Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin görüşündən yayılan videoda Merkelin səhhətində problemin olduğu özünü büruzə vermişdi. Belə ki, Merkelin görüş zamanı titrəməsini aydın görmək olurdu. 

Eyni hadisə Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşdə, həmçinin Kanslerin noyabrda Hindistan və Çin səfəri zamanı da müşahidə olunmuşdu. 

Bu hadisə Almaniyada Merkelin sağlamlığını yenidən müzakirə obyektinə çevirib.


AlWH7peLMRw

Oxunma sayı: 4170

Oxşar yazılar