OPEC+ sazişi üzrə razılıq əldə olundu - İran

  • 10:05 - 06 Dekabr

İranın neft naziri Bijan Zanqan Vyanada 6 saat davam edən OPEC-in iclasından sonra təşkilatın OPEC+ sazişinə dair razılaşmaların təfərrüatlarını açıqlamadan razılığın əldə olunduğunu bildirib. 

"RİA Novosti"nin verdiyi məlumata görə, öz növbəsində, Səudiyyə Ərəbistanının Energetika naziri Abdel Əziz Əl-Səud iclasın sonunda gələcək fəaliyyət barədə konsensusun əldə olunduğunu bildirib və cümə günü OPEC+ sazişinə dair yaxşı xəbərlər vəd edib. O əlavə edib ki, qeyri-OPEC ölkələri ilə müzakirələr davam etdiriləcək. 

Qeyd edək ki, cümə axşamı OPEC və OPEC+ kimi tanınan tərəfdaşları (o cümlədən Azərbaycan və Rusiya – red.) Vyanada bir araya gəliblər. İclas bu gün işini davam etdirəcək. OPEC-in Baş katibi Məhəmməd Sanusi Barkindonun dəvəti ilə Azərbaycanın Energetika naziri Pərviz Şahbazov Avstriyanın paytaxtı Vyana şəhərinə artıq səfər edib. Nazir dekabrın 6-da keçiriləcək OPEC və qeyri-OPEC ölkələri nazirlərinin 7-ci görüşündə iştirak edəcək. 

Xatırladaq ki, OPEC, Rusiya və OPEC+ ölkələri bazarda vəziyyəti tənzimləmə məqsədi ilə 1 yanvar tarixindən 6 ay müddətinə gündəlik hasilatın 1,2 mln. barel (800 min barel OPEC ölkələri, 400 min barel qeyri-OPEC olkələri üzrə) azaldılması barədə razılaşıb. Razılaşmanın vaxtı iyunun 30-da bitib. Nəticədə bu gun Vyanada OPEC+ nazirlərinin 6-cı görüşündə əvvəlcə OPEC və qeyri-OPEC ölkələri arasında uzunmüddətli əməkdaşlığa dair Xartiya qəbul olunub. Daha sonra isə neft hasilatının azaldılmasına dair razılaşmanın müddətinin daha 9 ay uzadılması ilə bağlı razılıq əldə edilib. "Əməkdaşlıq Xartiyası"na, eləcə də OPEC və qeyri-OPEC ölkələrinin 2020-ci ilin birinci rübünün sonunadək qüvvədə olacaq qərarına Azərbaycan da qoşulub.

APA


Oxunma sayı: 7613

Oxşar yazılar