Xalq artisti reanimasiyadan çıxdı

  • 17:19 - 05 Dekabr

“Rafael Dadaşovun vəziyyəti yaxşılaşmağa doğru gedir”. 

Bu barədə APA-ya Xalq artisti Rafael Dadaşovun oğlu Ayxan Dadaşov məlumat verib.   

Onun sözlərinə görə, Xalq artisti artıq reanimasiyadan palataya köçürülüb, onun səhhəti stabilləşməkdədir. 

Qeyd edək ki, R. Dadaşov dekabrın 2-də ürəyin işemik xəstəliyi infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.


Oxunma sayı: 3620

Oxşar yazılar