“Erməni həmkarımla görüş kifayət qədər çətin keçdi” - Elmar Məmmədyarov

  • 15:57 - 05 Dekabr

“Dünən erməni həmkarımla 3 saat yarımdan çox davam edən görüşümüz oldu. Sizə deyə bilərəm ki, bu, kifayət qədər çətin müzakirələr idi”. 

Bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov ATƏT-in Nazirlər Şurasının 26-cı iclasında çıxışı zamanı deyib. 

O bildirib ki, qarşıda hələ də həllini tapmayan məsələlər var. 

“Biz ATƏT-in Minsk qrupunun həmsədrləri ilə mərhələli həll yollarını müzakirə edirik. Təbii ki, ilk növbədə konfliktin nəticələri aradan qaldırılmalı, erməni silahlı bölmələri BMT-nin qətnamələrində göstərildiyi kimi, Dağlıq Qarabağ və ətraf rayonlardan çıxarılmalıdır. Bu, bizə danışıqlarda növbəti mərhələyə keçməyə imkan verəcək. Hansı ki, burada ərazinin statusu məsələsini müzakirə edə bilərik”, - deyə E. Məmmədyarov qeyd edib. 

APA


Oxunma sayı: 5501

Oxşar yazılar