Məşhur milyonçu Zeynalabdin Tağıyevin İstanbul Böyükadadakı villası satışa çıxarıldı – Rekord qiymətə

  • 15:39 - 05 Dekabr

İstanbul boğazının ən mənzərəli yeri sayılan Böyükadada yerləşən azərbaycanlı xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevə məxsus villa satışa çıxarılıb.

Avropa.info xəbər “AHaber”ə istinadən verir ki, Türkiyədə birinci dərəcəli tarixi əsər sayılan villa Osmanlı dövründə inşa edilib və daha sonra Tağıyev tərəfindən satın alınıb. Hazırda Hacı Zeynalabdin Tağıyevin nəvələri tərəfindən ilin bəzi aylarında istifadə olunur. 17 milyon türk lirəsinə satışa çıxarılan iqamətgahın sahəsi 2400 kvadrat metr, 5 otaq və 2 salondan ibarətdir. 

Tamamilə taxtadan hazırlanmış körpüsü və dənizə açılan mənzərəsindən dolayı çoxlu təklif gəlib.

Qeyd edək, Hacı Zeynalabdin Tağıyev 1837-ci ildə Azərbaycanın paytaxt Bakıda dünyaya gəlib. Uşaqlığı kasıblıq içində keçib. Neft milyoneri olduqdan sonra var-dövlətini Azərbaycan mədəniyyətinin inkişafına xərcləyən Tağıyev Qafqazın ilk və tək qız məktəbini tikdirib. Tələbələrə təqaüd verərək, İngiltərə, Almaniya, İtaliya və Türkiyəyə oxumağa göndərib. 1924-cü ildə vəfat edib.


Oxunma sayı: 11166

Oxşar yazılar