Son dəqiqə : ABŞ İranın husilərə göndərdiyi silah dolu gəmini ələ keçirdi - Körfəzdə gərginlik

  • 15:31 - 05 Dekabr

ABŞ İranın Yəməndəki husilərə dəniz yolu ilə göndərdiyi silahları müsadirə edib. 
 

Avropa.info xəbər verir ki, bu haqda Frans Press agentliyi məlumat yayıb. 

Məlumata görə, bir ABŞ hərbi gəmisi Oman körfəzinin şimalında kiçik gəmidə husilərə göndərilən raket parçalarını ələ keçirib.Raket parçaları ilə dolu olan gəminin İrandan gəldiyi iddia edilib.

Qeyd edək ki, husilərin Səudiyyə Ərəbistanındakı neft zavodlarına və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ)  neft tankerlərinə etdiyi  çoxsaylı hücumlardan sonra körfəzdə vəziyyət gərginləşməkdədir. Vaşinqton bu hücumlarda İranı günahlandırır. Tehran isə ABŞ-ın iddialarını rədd edir. 
 

İran prezidenti Həsən Ruhani dünən bəyan edib ki, ABŞ sanksiyaları qaldırılacağı təqdirdə danışıqlar masasına oturmağa hazırdır. 

Avropa.info


Oxunma sayı: 16567

Oxşar yazılar