Qarabağda münaqişənin kəskinləşməsi üçün real təhlükə mövcuddu - ATƏT sədri

  • 14:45 - 05 Dekabr

Dağlıq Qarabağ münaqişəsinin gərginləşməsi üçün real təhlükə var.

Bunu Bratislavada ATƏT Xarici İşlər Nazirləri Şurasının 26-cı iclasında Slovakiyanın Xarici İşlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Miroslav Layçak deyib.

“Dialoq bir il davam etdi. Müxtəlif platformalar vasitəsilə təşkilat etimad yaratmağa, gərginliyi aradan qaldırmağa və dialoqu davam etdirməyə çalışdı. Dağlıq Qarabağ münaqişəsinin kəskinləşməsi üçün real təhlükə mövcuddur. Münaqişələri birdəfəlik həll etmək üçün bir formulum yoxdur. Ancaq əminəm ki, ATƏT-in yeni dialoq üçün kanalların açılması ilə gərginliyi azaltmaq səyləri əvəzsizdir və ATƏT sülhə dair konkret addımlara dəstək verən ilk təşkilatdır",-deyə ATƏT sədri əlavə edib.


Oxunma sayı: 4049

Oxşar yazılar