"Bəzən olur ki, kimlərsə məsələyə görə bir-birindən küsür" - Fuad Muradov diaspor təşkilatları haqda

  • 05 Dek - 2019

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bəzi ölkələrdə Azərbaycan diaspor təşkilatları arasında fikir ayrılığının olması barədə məlumatlara münasibət bildirib. 

Avropa.info xəbər verir ki, Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında keçirdiyi mətbuat konfransında çıxış edən Dövlət Komitəsinin sədri deyib ki, diaspora təşkilatlarının fəaliyyəti hansısa şəxslərə bağlı olmur, bu, bir icma işidir, könüllülük, Vətənə sevgi məsələsidir: “Bəzən olur ki, kimlərsə nə vaxtsa hansısa bir məsələyə görə bir-birindən küsür. Mən Ukraynanı misal gətirirəm. Biz gələndə gördük ki, orada işlər pis məcraya daxil olur. Biz bir az vaxt sərf etdik və bu istiqamətdə müsbət nəticə əldə etdik. Bu gün o təşkilatlar birgə fəaliyyət göstərirlər. Biz demirik ki, mütləq birgə fəaliyyət göstərin, ancaq düşmənçilik də etməyin. Bizim ümumi düşmənimiz bəllidir, Dağlıq Qarabağ məsələsi var, torpaqlarımız Ermənistan tərəfindən işğal olunub. Ona görə də biz düşmənə heç bir şans verməməliyik ki, Azərbaycan diasporu haqqında mənfi fikirlər səsləndirsin. Biz hamımız ölkəmizin milli maraqlarına xidmət etməliyik. Biz onlara da demişik ki, birlik olan yerdə dövlət sizin yanınızdadır və sizə daha yüksək dəstək göstərəcək. Mən buradan hamıya çağırış edirəm ki, müsbət istiqamətdə fəaliyyət göstərək”.


Oxunma sayı: 760

Oxşar yazılar