PKK/YPG terror təşkilatı dinc əhalini hədəf seçir -Türkiyə Milli Müdafiə Nazirliyi terror statistikasını açıqladı

  • 13:04 - 05 Dekabr

Türkiyə Suriyanın şimalında xalqın həyat standartını yaxşılaşdırmağa çalışdığı halda, insanlıq düşməni olan PKK/YPG terror təşkilatı günahsız vətəndaşlara hücumlar təşkil edərək bölgədə yaradılmağa çalışılan güvən və sabitlik mühitini pozmağa çalışır. Qanla qidalanan PKK/YPG terror təşkilatı “Barış pınarı” əməliyyatının keçirildiyi bölgədə və yurd içinde 9 oktyabrdan bəri 45 mülki şəxsi öldürüb, 244 nəfəri yaralayıb. 

Avropa.info xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyinin rəsmi “twitter” səhifəsində yayılan açıqlamada Türkiyə Silahlı Qüvvələrinin mübarizəsinin terrorçulara qarşı olduğu və dinc əhalinin hədəf alınmadığı vurğulanaraq qeyd edilib ki, 9 oktyabrdan bu yana “Barış pınarı” əməliyyatının keçirildiyi bölgədə PKK/YPG terrorçuları tərəfindən birbaşa dinc əhalinin hədəf alındığı partlayıcı qurğuların olduğu nəqliyyat vasitələri ilə törədilən terror aktlarında 23 günahsız mülki şəxs həyatını itirib, 55 nəfər isə yaralanıb: “Ölkə daxilinə top mərmisi və raketlə edilən hücumlar nəticəsində isə 22 günahsız vətəndaşımız öldürülüb,189 vətəndaşımız yaralanıb”.


Oxunma sayı: 5380

Oxşar yazılar