Bakı aeroportunda elektron sərhəd-keçid məntəqəsi qoyuldu

  • 12:32 - 05 Dekabr

Heydər Əliyev Beynəlxalq Aeroportunda "e-Gate" adlı iki elektron sərhəd-keçid məntəqəsi quraşdırılıb. 

Bu barədə "İdrak Technology Transfer" şirkəti məlumat verib.Şirkətdən bildirilib ki, yeni avtomatlaşdırılmış məntəqənin funksionalı tam olaraq gələn həftə işə salınacaq. 

"Funksional ondan ibarətdir ki, heç bir insan faktoru olmadan vətəndaş pasportunu özü skan edəcək. Məlumatların uyğunluğu yoxlanılacaq və heç bir nöqsan olmadığı təqdirdə keçid qapıları açılacaq və vətəndaş məntəqədən keçə biləcək. Bu prosedur 30 saniyə ərzində baş tutacaq. Hələ ki, sözügedən funksional yerli vətəndaşlar üçün nəzərdə tutulur", - deyə şirkətdən qeyd ediblər.

APA


Oxunma sayı: 2817

Oxşar yazılar