Bakının əsas yollarında sürət həddi endirildi

  • 11:15 - 05 Dekabr

"Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ dairəsi-Hava Limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir". 

Avropa.info xəbər verir ki, bu barədə  Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib. 

"Hərəkət iştirakçılarına bu cür hava şəraitində ehtiyatlı olmaları, sürücülərdən yollarda sürət həddinə əməl etmələri, meteoroloji amilləri nəzərə almaları və digər hərəkət iştirakçılarına qarşı anlayışlı davranmaları xahiş edilir",- deyə məlumatda bildirilib. 


Oxunma sayı: 1343

Oxşar yazılar