Bakıda 46 nömrəli marşrutda avtobusların hərəkət sxemi dəyişdirilir

  • 10:25 - 05 Dekabr

Bakı Nəqliyyat Agentliyi (BNA) 46 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemini dəyişdirir.   

Avropa.info xəbər verir ki, bu barədə  BNA məlumat verib. 

Məlumata görə, vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq, bu marşrut xətti üzrə avtobuslar General Əliağa Şıxlınski və Səmədbəy Mehmandarov küçələrinin kəşisməsinədək hərəkət edəcək. Avtobusların qeyd edilən ərazidə rahat və təhlükəsiz manevr etməsi məqsədi ilə kəsişmədə dairə təşkil edilib. 

"Günəşli qəsəbəsi, Əliağa Şıxlınski küçəsində, xüsusilə Gəncə prospektində yaşayan sakinlər tərəfindən qeyd edilən əraziyə müntəzəm marşrutun təşkil edilməsi ilə bağlı BNA-nın 141 Çağrı Mərkəzinə çoxsaylı vətəndaş müraciətləri daxil olmaqda idi. Dəyişiklik dekabrın 7-dən tətbiq ediləcək", - qurum bəyan edib. 


Oxunma sayı: 8867

Oxşar yazılar