Stoltenberq: “Türkiyənin Rusiyadan aldığı S-400-lər heç vaxt NATO sisteminə inteqrasiya edilə bilməz”

  • 20:40 - 04 Dekabr

NATO baş katibi Yens Stoltenberq Türkiyənin Rusiyadan S-400 zenit raket kompleksi almasından sonra yaranmış vəziyyətə aydınlıq gətirib. 

APA-nın NATO-nun sammitində iştirak üçün akkreditə olunmuş London müxbirinin xəbərinə görə, NATO-nun baş katibi sammitdən sonra keçirilən mətbuat konfransında deyib ki, Türkiyənin Rusiyadan aldığı S-400 zenit raket kompleksi NATO sisteminə inteqrasiya edilə bilməz. 

“Türkiyənin Rusiyadan aldığı S-400-lər heç vaxt NATO sisteminə inteqrasiya edilə bilməz”, - deyə NATO baş katibi qeyd edib.


Oxunma sayı: 1365

Oxşar yazılar