Bakının bu rayonunda qaz yoxdur – Rəsmi açıqlama
- 17:12 - 04 Dekabr
Bakının Suraxanı rayonunda səhər saatlarından qaz kəsilib.
Bu barədə Lent.az -a məlumat verən sakinlərin sözlərinə görə, qazın kəsilməsinin səbəbindən xəbərsizdirlər.
“Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov bildirib ki, bu haqda məlumatlıdırlar:
“Sözügedən rayonda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Qaz İxrac” İdarəsi yüksək təzyiqli qaz xəttini mənbəyə birləşdirir. Buna görə də qaz təchizatı dayandırılıb”.
C.Səfərov qeyd edib ki, Zığ, Hövsan, Bahar, Əmircan, Bülbülə, Dədə Qorqud qəsəbələrində maksimum saat 18:00-a qədər məhdudiyyət davam edəcək.