Vahid Aslandan poeziyasevərlərə yeni hədiyyə - "Yağış havası"

  • 16:27 - 04 Dekabr

İstedadlı şair Vahid Aslan "Yağış havası" adlı yeni kitabı ilə oxucuların görüşünə gəlir. 

Avropa.info xəbər verir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəşriyyatı tərəfindən çapa hazırlanmış bu kitab sayca müəllifin 9-cu kitabıdır. 

Kitab 220 səhifədən ibarətdir. Kitabın redaktoru Xalq şairi Nəriman Həsənzadə, ön sözün müəllifi Kənan Hacıdır. Kitabda müəllifin son dövrlərdə yazdığı şeirləri və poemaları toplanmışdır. İnanırıq ki, digər kitabları kimi Vahid Aslanın bu kitabı da oxucu kütləsi tərəfindən maraqla qarşılanacaqdır. 

Elnur Eltürk


Oxunma sayı: 13399

Oxşar yazılar