Ruhani etirazlar aksiyalarında saxlanılanları azad etməyə çağırdı

  • 16:02 - 04 Dekabr

İran prezidenti Həsən Ruhani etiraz aksiyaları əsnasında ədalətsiz yerə saxlanılmış hər kəsi azadlığa buraxmağa çağırıb.

Avropa.info xəbər verir ki, Ruhani islam mərhəmətinin göstərilməsinin vacib olduğunu deyib. Ruhaninin sözlərinə görə, saxlanılanlar arasında silahlı olmayan şəxslər də var.

İranda etiraz aksiyaları benzin qiymətlərinin üçqat artırılmasından sonra baş vermişdi. Etirazçılar bank ofisləri və yanacaqdoldurma məntəqələrini yandırmışdılar. Etiraz aksiyaları yüzlərlə yaşayış məntəqəsindən qeydə alınmışdı.


Oxunma sayı: 5468

Oxşar yazılar