"Vaşinqton və London ümid edir ki, Ərdoğanı onlara problem yaratmayan biri əvəz edəcək" - İngilis mediası Ərdoğanın PKK/YPG-ni əzməsindən narahatdır
- 15:16 - 04 Dekabr
İngiltərənin "Daily Telegraph" qəzeti dünən Londonda keçirilən NATO sammiti ilə bağlı "Qərb İttifaqının gələcəyi nə olacaq?" başlıqlı analitik yazı ilə çıxış edib.
Avropa.info xəbər verir ki, qəzetin dərc etdiyi yazıda, Trampın NATO heyranı olmadığı və Avropanın hərbi xərclərdə xəsislik etdiyini düşündüyünü yazıb.
Qəzetin yazdığına görə, Avropavə xüsusən də Fransa NATO-dan müstəqil bir Avropa müdafiə sistemi qurmaq istəyir və bu məsələ Trampla Makronun münasibətlərinin gərginləşməsinə səbəb olub.
Fransanın 1966-cı ildə NATO-nun hərbi komandasını tərk etdiyini və 2009-cu ildə geri döndüyünü xatırladan "Teleqraf", bütün bu hadisələrin Rusiyaya NATO-nu sınamaq üçün fürsət verdiyini bildirir. NATO-nun qarşısında daha "təcili problemlər" olduğunu və bunlardan birinin də Türkiyə olduğunu iddia edən qəzet, Ankaranın S-400 alışı və PKK/YPG-nin terror təşkilatı olaraq qəbul edilməsi mövzusunda ısrarının NATO içində müzakirələrə gətirib çıxardığını ifadə edib.
"Yaxın Şərqin ən böyük ordularından birinə sahib olan Türkiyəni ittifaqdan çıxarmaq asan bir qərar deyil. Vaşinqton, London və digərləri ümid edirlər ki, gələcəkdə prezident Ərdoğanı onlara problem yaratmayan biri əvəz edəcək" - "Daily Telegraph"ın yazısında belə deyilir.
Qəzet bununla yanaşı iddia edir ki, NATO-nun Türkiyəyə qarşı addım atmamasının əsas səbəblərindən biri Ərdoğanla Tramp arasındakı yaxşı münasibətlərdir.
"Avropalı liderlər Trampın Ərdoğan haqqında verdiyi müsbət siqnallardan şikayətçidirlər. "Avropa liderlərinin narahatlıqları Trampın Suriyada YPG-ni tərk etməsindən qaynaqlanır. Hansı ki, Ərdoğan onların bir qisimini Suriyada əzdi. Tramp ABŞ üçün döyüşən və ölənlərə (PKK/YPG nəzərdə tutulur: red) qarşı belə davranırsa, onun Avropa ölkələrindən üz döndərməsinə nə mane ola bilər" -ingilis qəzeti belə yazıb.
Avropa.info