Londondakı NATO sammiti rəsmən başladı – Fotolar

  • 04 Dek - 2019

NATO liderləri alyansın yaradılmasının 70-ci ildönümündə Londonda yığışıblar.

Avropa.info xəbər verir ki, NATO baş katibi Stoltenberq İngiltərə baş naziri Consonla qonaqları qarşılayıb. Dünən ikitərəfli görüşlərin və mini sammitlərin keçirildiyi İngiltərə paytaxtı Londonda bu gün tədbir iştirakçıları fotolar çəkdirib. Beləliklə, sammit rəsmən başlayıb.

Ailə fotosu çəkilişində prezident Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampın yanında dayanıb. Foto çəkilişi vaxtı ən maraqlı kadrlardan biri də İslandiya baş naziri Katrin Yakobsdottirin görüntüsü olub.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın Makrona verdiyi cavab və Fransa-Almaniya-İngiltərə-Türkiyə arasında keçirilən mini sammit NATO  gündəminin ən əhəmiyyətli hadisələri kimi marağa səbəb oldu.


Oxunma sayı: 1079

Oxşar yazılar