Fəxrəddin Altun: "NATO müttəfiqləri terrorla mübarizədə Türkiyəyə dəstək verməlidir"

  • 14:27 - 04 Dekabr

Türkiyə Prezident Administrasiyasının İçtimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun Türkiyənin qaçqın böhranını idarə edərək və İŞİD ilə mübarizə apararaq, NATO-ya ən çox töhfə verən ölkə olduğunu, müttəfiqlərin də terror təşkilatları ilə mübarizədə Türkiyəyə dəstək verməli olduğunu bildirib.

Avropa.info xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi heyətlə birlikdə NATO Zirvəsi çərçivəsində Londonda səfərdə olan Altun “twitter” səhifəsində zirvə toplantısı ilə bağlı açıqlamalar verib.

“Türkiyənin istədiyi çox aydındır. Necə ki, biz qaçqın böhranını idarə edərək və İŞİD ilə mübarizə apararaq NATO-ya ən çox töhfə verən ölkə olaraq müttəfiqlərimizin təhlükəsizliyinə dəstək veririksə, müttəfiqlərimiz də terror təşkilatları ilə mübarizəmizdə bizə dəstək verməlidir”,- F.Altun bildirib.

F.Altun Türkiyənin NATO müttəfiqlərinin PKK/YPG/PYD-ni dəstəkləməyə son verərək, öz üzərlərinə düşəni etməli olduqlarını qeyd edib:

“Müttəfiqlərimiz 15 iyul hərbi çevriliş cəhdinin günahkarları olan FETÖ qaçaqlarını ekstradisiya edərək bizimlə əməkdaşlıq etməlidirlər. Terrorçuların Avropa müttəfiqlərimizdən kömək, dəstək və sığınacaq istəməsinə icazə verilməməlidir”.

NATO üzvlüyümüzü şübhə altına almaq cəsarəti göstərdilər

F.Altun Türkiyənin yüz minlərlə suriyalının ölkələrinə qayıda bilmələrini təmin etmək üçün Suriyaya hərbi qüvvələrini göndərdiyini xüsusilə vurğulayıb: 

“Çox böyük bir bölgənin terrorçular üçün etibarlı bir liman halına gəlməsinin qarşını aldıq. Müttəfiqlərimiz isə bu səylərimizi dəstəkləmək əvəzinə tənqid etdilər. Bizi tənqid edənlər milli təhlükəsizliklə bağlı narahatlığımızı və NATO üzvlüyümüzü şübhə altına almaq cəsarəti göstərdilər.

Biz bu günə qədər ən ciddi təhlükələr qarşısında belə, ortaq təhlükəsizlik naminə NATO-ya ən çox töhfə verən ölkə olmuşuq.

Yaxın gələcəkdə də milli təhlükəsizliyimizlə bağlı güzəştə getmək niyyətində deyilik. Hal-hazırkı dövrdə yaşanan ən ciddi humanitar böhranın nəticəsi olaraq Türkiyə 3,6 milyondan çox suriyalı qaçqına ev sahibliyi edir. Bunun üçün bir çox qaynaq və milyonlarla dollar xərclənib. Avropalı müttəfiqlərimiz isə bu nəhəng problem qarşısında bizə kömək etməkdən çəkinməyə davam edirlər”.


Oxunma sayı: 6304

Oxşar yazılar