Bağdadinin müavini Kərkükdə ələ keçdi

  • 11:30 - 04 Dekabr

Kərkükün Havicə qəsəbəsində yerləşən evdə keçirilən əməliyyat nəticəsində İŞİD lideri Əbubəkr Bağdadinin müavini Əbu Xəldun ələ keçirilib. 

Avropa.info xəbər verir ki, bu barədə İraq ordusunun Təhlükəsizlik Media Şəbəkəsi məlumat yayıb. Məlumatda Şalan Übeyd adında saxta pasport daşıyan Əbu Xədunun həm Bağdadinin müavini olduğu, həm də Səlahəddin vilayətinin “hərbi əmiri” vəzifəsini icra etdiyi bildirilir. 

Qeyd edək ki, Əbubəkr Bağdadi oktyabr ayında Suriyanın şimalında yerləşən İdlib vilayətində yerləşən evdə keçirilən əməliyyat nəticəsində öldürülmüşdü.


Oxunma sayı: 4225

Oxşar yazılar