“Sənin dediklərin indiyə qədər eşitdiyim ən gözəl boş cavablardan biridir” – Tramp Türkiyəyə böhtan atan Makronu media önündə rəzil etdi

  • 11:14 - 04 Dekabr

Fransa prezidenti Emmanuel Makron Türkiyəyə qarşı tənqidlərini davam etdirib.

Avropa.info xəbər verir ki, Makron bu dəfə Türkiyəni İŞİD terror təşkilatını təmsil edən qruplarla əməkdaşlıq etməkdə ittiham edib. ABŞ prezidenti Donald Trampla birgə mətbuat konfransında iştirak edən Makron “Bu günün ortaq düşməni terrorçu qruplardır. Bunu deməkdən dolayı təəssüf edirəm, amma terrorizmin tərifi məsələsində eyni anlayışı bölüşmürük. Türkiyəyə baxdıqda, İŞİD-ə qarşı bizimlə çiyin-çiyinə döyüşənlərə (PKK/YPG terror təşkilatını nəzərdə tutur: red) qarşı döyüşürlər və vaxtaşırı İŞİD-i təmsil edən qruplarla əməkdaşlıq edirlər” deyib.

Fransa prezidenti,  Trampın Fransa vətəndaşı olan əcnəbi terrorçuları geri qaytarmaq çağırışını da rədd edib. Makron hazırda diqqətin İŞİD-lə mübarizəyə yönəldilməli olduğunu, İŞİD-in hələ tam yox edilmədiyini qeyd edib.

O əsnada Tramp və Makron arasında maraqlı dialoq baş verib. Tramp əcnəbi döyüşçülərin vətəndaşları olduqları ölkələr tərəfindən geri alınaraq mühakimə olunmalarını, Yaxın Şərqdə həbsdə saxlanılan terrorçuların əksəriyyətinin Fransa, Almaniya və İngiltərədən gəldiyini deyib. 

Tramp Fransa prezidentinə “Yaxşı, başqalarını ittiham edirsiniz, ölkənizdən gedən İŞİD döyüşçülərini istəyirsiniz? İstəsəniz verə bilərəm” deyib. Makron cavabında “Ciddi olaq. Regionda prioritet əcnəbi döyüşçülər deyil, İŞİD-ə qarşı mübarizəni başa çatdırmaqdır”.

Donald Tramp isə Makrona cavabında “Bax, bu üzdən əla siyasətçidir. İndiyə qədər eşitdiyim ən gözəl boş cavablardan biridir” deyib.

Avropa.info


Oxunma sayı: 20824

Oxşar yazılar