Vilayət Eyvazov yeni rəis təyin etdi

  • 10:15 - 04 Dekabr

Daxili İşlər Nazirliyində yeni təyinat olub.

Avropa.info-nun oxu.az-a istinadən məlumatına görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. 

Əmrə görə, polis polkovniki Rüstəm Cəfərov Beyləqan Rayon Polis Şöbəsinə rəis təyin edilib.

O, bundan əvvəl DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin şöbə rəisi işləyib.

Qeyd edək ki, bir müddət əvvəl Beyləqan RPŞ-nin rəisi, polkovnik-leytenant Rəşid Piriyev Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinə rəis müavini təyin olunub.


Oxunma sayı: 3411

Oxşar yazılar