“Yevda müəllim süni nəfəs aparatına qoşulub” - Həmkarından ölüm xəbəri yazanlara etiraz

  • 10:14 - 04 Dekabr

“Deputat Yevda Abramovun vəziyyəti ağır olaraq qalır. Yevda müəllim hazırda süni nəfəs aparatına qoşulub”.

Bunu Modern.az-a açıqlamasında onun həmkarı, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib.

V.Əhmədov bu dəqiqələrdə Y.Abramovun oğlu ilə telefon əlaqəsi saxladığını deyib:

“Oğlu Moskvadan gəlib, qızları yanındadır. İndcə aldığım məlumata görə, vəziyyəti ağırdır. Amma bu vəziyyətdə “Yevda Abramov ölüb” xəbərini yazmaq yaxşı hal deyil. Canı verən də, alan da Allahdır! Kimsə onun yerinə qərar verə bilməz. Həkimlər istənilən vəziyyətə hazır olmaq gərəkdəyini bildirdiyindən ailə üzvləri Qubada bütün hazırlıqları görüb”.


Oxunma sayı: 3081

Oxşar yazılar