Makron: “NATO ilə bağlı dediklərimin arxasındayam”

  • 23:33 - 03 Dekabr

Londonda ABŞ Prezidenti Donald Tramp və Fransa Prezidenti Emmanuel Makron arasında görüş keçirilib.

Fransa Prezidenti NATO barəsində işlətdiyi “ölmüş beyin” ifadəsinə münasibət bildirib.

“Dediklərimin arxasındayam. Mən güclü NATO-nun tərəfdarıyam”, - deyə E. Makron vurğulayıb.

ABŞ Prezidenti isə fransalı həmkarını tərifləyib.

“Makron böyük siyasətçidir”, - deyə D. Tramp qeyd edib.

O, E. Makronun ABŞ-ın NATO üçün daha çox maliyyə ayırmasını etiraf etməsinin sevindirici hal olduğunu söyləyib. (apa)


Oxunma sayı: 7580

Oxşar yazılar