Baş katib: "Türkiyə ilə NATO arasında problemlərin Londonda həll ediləcəyinə dair söz verə bilmərəm"

  • 20:55 - 03 Dekabr

“Türkiyə ilə NATO arasında problemlərin Londonda həll ediləcəyinə dair söz verə bilmərəm”.

Bunu NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

Onun sözlərinə görə, Türkiyənin Suriyadakı hərbi əməliyyatları dayandırması zorakılığın azalmasına səbəb olub: “Bundan sonra məsələnin siyasi yolla həllinə çalışmalıyıq”.

Baş katib Türkiyənin əhəmiyyətli bir müttəfiq olduğunu və bunun üçün sərhədə baxılmasının kifayət etdiyini vurğulayıb: “Türkiyə İŞİD-ə qarşı mübarizəmizdə çox vacib bir ölkə idi. Türkiyədəki hərbi bazalardan istifadə edilmədən İŞİD-i məğlub etmək olmazdı”.


Oxunma sayı: 6513

Oxşar yazılar