Sudanda yanğında 24 nəfər ölüb

  • 20:38 - 03 Dekabr

Sudanın paytaxtı Xartum şəhərində yerləşən fabrikdə partlayışla müşayiət olunan yanğın baş verib.

APA-nın “Sky News Arabia”ya istinadən verdiyi xəbərə görə, ilkin məlumata əsasən, hadisə nəticəsində 24 nəfər ölüb, 45 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanalara yerləşdiriliblər.

 

Yanğına qaz balonlarının partlamasının səbəb olduğu bildirilir.

Ərazi polis nəzarətinə götürülüb. 


Oxunma sayı: 5732

Oxşar yazılar