Yunanıstanın Xios adasındakı qaçqınlar düşərgəsində kütləvi iğtişaş baş verib

  • 20:20 - 03 Dekabr

Yunanıstanın Xios şəhərinin polisi qaçqınlar düşərgəsində kütləvi iğtişaşa səbəb olan üç nəfəri saxlayıb. İğtişaş iki etnik qrup arasında baş verib və kütləvi hal alıb. Miqrantlar bir-birinə kəsici alətlər, daş və digər əşyalar atıblar. Nəticədə bir polis və iki miqrant ağır yaralanıb.

Xiosdan əlavə, Yunanıstanın digər adalarında, o cümlədən Lesbos və Samos adalarında kütləvi iğtişaşlar mütəmadi olaraq baş verir. Onların bəziləri yerli əhali ilə miqrantlar, digərləri isə miqrantların daxilindəki etnik qruplar arasında baş verir. Yunanıstan hökumətinin miqrantların yerləşdirilməsi ilə bağlı həyata keçirdiyi bir sıra tədbirlərə baxmayaraq, miqrantların sayı artdıqca münaqişələr də çoxalır.


Oxunma sayı: 4610

Oxşar yazılar