Elmar Məmmədyarov ATƏT XİN Şurasının görüşündə iştirak etmək üçün Bratislavaya yola düşüb

  • 20:02 - 03 Dekabr

Xarici işlər naziri Elmar Məmmədyarov Slovakiyanın paytaxtı Bratislava şəhərinə yola düşüb.

XİN-dən Avropa.info-ya verilən məlumata görə, E. Məmmədyarov ATƏT Xarici İşlər Nazirləri Şurasının 26-cı görüşündə iştirak edəcək.

Qeyd edək ki, dekabrın 4-də Slovakiyanın paytaxtı Bratislavada Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan arasında görüş də olacaq.


Oxunma sayı: 5490

Oxşar yazılar