Naxçıvan Dövlət Universitetinə yeni rektor təyin edilib

  • 03 Dek - 2019

Prezident İlham Əliyev Elbrus İsayevin Naxçıvan Dövlət Universitetinin rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb.

Avropa.info xəbər verir ki, sərəncamla Elbrus Saleh oğlu İsayev Naxçıvan Dövlət Universitetinin rektoru təyin edilib.

Dövlət başçısının digər sərəncamı ilə Saleh Heydər oğlu Məhərrəmov Naxçıvan Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib.

Bundan başqa, Prezidentin sərəncamı ilə Elbrus Saleh oğlu İsayev Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub.


Oxunma sayı: 1508

Oxşar yazılar