“Su-24 təyyarəsinin vurulma əmrini Ərdoğanın verdiyinə inanmırıq” – Peskov

  • 17:21 - 03 Dekabr

Kremlin mətbuat katibi Dmitri Peskov Rusiyanın Su-24 döyüş təyyarəsinin vurlma əmrinin Türkiyə prezidenti Ərdoğan tərəfindən deyil, başqa şəxslər tərəfindən verildiyini deyib.

Avropa.info xəbər verir ki, Rusiyanın “Nezavisimaya qazeta” qəzeti NATO-dakı qapalı brifinqlərin materialların ələ keçirən Stokholmda yerləşən “Nordic Research Monitoring Network”ün materiallarına istinadən S-24-ün şəxsən Ərdoğanın əmri ilə vurulduğunu yazmışdı. 

İddia ilə bağlı jurnalistlərin sualına cavab verən Peskov deyib:

“Bu informasiyanın mənbəyi qeyri-müəyyəndir, haradan gəldiyi, nə qədər etibarlı olduğu məlum deyil. Biz Türkiyə tərəfinin rus təyyarəsini vurma əmrini başqa şəxslərin verməsinə işarə vuran açıqlamalarını əsas götürürük”.

Peskov Ərdoğanın Moskva ilə dostluğunun Türkiyənin NATO-da qalmasına maneçilik yaratmadığını bildirib.

Xəbər verdiyimiz ki, Ərdoğan NATO sammitində iştirak üçün Londona getməzdən əvvəl “Rusiya ilə münasibətlərimiz müttəfiqlərmizlə olan münasibətlərimizin alternativi deyil, əksinə tamamlayıcısıdır”  açıqlaması vermişdi.


Oxunma sayı: 4786

Oxşar yazılar