Nazirlər Kabinetində yeni təyinat - Baş Nazirin köməkçisi rəis oldu

  • 16:37 - 03 Dekabr

Azərbaycan Respublikası Baş Nazirinin Katibliyinin rəisi vəzifəsinə təyinat olub.

Bu barədə "Report"a Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov məlumat verib.

İ.Məmmədov bildirib ki, bu vəzifəyə Ələsgər Ələsgərov təyin edilib.

Qeyd edək ki, bundan əvvəl Baş Nazirin Katibliyinin rəisi Ərəstu Həbibbəyli olub.

Ə.Ələsgərov isə bu təyinata qədər Baş Nazirin köməkçisi vəzifəsində çalışıb.


Oxunma sayı: 16798

Oxşar yazılar