“F-35 təyyarələri verməyi rədd edərsək...” – Trampdan Türkiyə açıqlaması
- 16:16 - 03 Dekabr
NATO sammitində iştirak etmək üçün Londona gedən ABŞ preizdenti Donald Tramp Türkiyə ilə bağlı vacib açıqlamalar verib.
Avropa.info xəbər verir ki, o, “Türkiyə ilə yaxşı münasibətlərimiz var. Kifayət qədər uzun müddət sərhədlərində qaldıq, artıq sərhədlərindən çıxdıq. Yaxşı iş bacarırlar” deyib.
Əbubəkr Bağdadi əməliyyatla ilə bağlı isə “Türkiyəni sevirəm. Ərdoğan ilə çox yaxşı anlaşırıq. Bağdadi əməliyyatında çox kömək etdilər. Daha yaxşısını görə bilməzdi, bundan daha çox dəstək verə bilməzdi” deyib.
Tramp F-35 məsələsinə də toxunub:
“Türkiyə milyardlarla dollar dəyərində F-35 təyyarələri aldı. Əgər biz verməyi rədd edərsək, başqa yerlər axtaracaqlar”.
Tramp Şimali Koreya lideri Kim Çen In ilə bağlı “Ona raket adam deyirəm, çünki raket buraxmağı sevir” deyib.
“Səudiyyə Ərəbistanı hücuma məruz qalıb, yardıma ehtiyacları vardı, biz də hərbçi göndərdik. Onlar da hazırda bizə pul ödyəirlər” – Səudiyyə Ərəbistanında ABŞ hərbçilərinin göndərilməsi ilə bağlı deyib.
ABŞ prezidenti İranda son həftələr ərzində qiymət artımı ilə bağlı keçirilən aksiyalara münasibət bildirib:
“Orada baş verənlər dəhşətlidir, xeyli sayda ölü olduğu deyilir. Mətbuatın ora gedib nə olduğunu göstərməsi lazımdır”.