Türkiyədə 15 iyul çevriliş cəhdi zamanı xalqı güllələmə əmri verən FETÖ-çü xainə rekord cəza - 3343 il həbs

  • 15:20 - 03 Dekabr

Türkiyədə 2016-cı ilin 15 iyulunda baş verən dövlət çevrilişi cəhdində iştirak edən Fətullahçı Terror Təşkilatı üzvlərinin məhkəməsi davam edir. 

Avropa.info xəbər verir ki, bu gün İstanbul məhkəməsi 15 iyulda Şəhidlər Körpüsündə xalqa atış açma əmri verən FETÖ-çü, keçmiş mayor Əhməd Taşdan haqqında qərar çıxarıb. 

FETÖ-çü Əhməd Taştana "Konsitutsion quruluşu devirmə" və "Qəsdən adam öldürmə" maddəsi ilə 35 dəfə ağırlaşdırılmış ömürlük həbs cəzası verilib. Taştana ümumilikdə 3343 il həbs cəzası verilib. 

Qeyd edək ki, 2016-cı ilin 15 iyulunda FETÖ-çü xainlər tərəfindən dövlət çevrilişi cəhdi baş verib. Çevrilişə cəhd edən FETÖ-çülərə etiraz edən milyyonlarla vətəndaş küçələrə çıxıb. FETÖ-çü mayor Əhməd Taştan Şəhidlər Körpüsü üzərində etiraz edən xalqa atəş əmiri verib. Bunun nəticəsində FETÖ-çülər 10-la dinc vətəndaşı qətlə yetirib.

Avropa.info


Oxunma sayı: 5303

Oxşar yazılar