Tramp Makrona cavabında Ərdoğandan sitat gətirdi - "Makron özü beyin ölümü keçirdi"

  • 15:14 - 03 Dekabr

ABŞ prezidenti Donald Tramp Fransa prezidenti Emmanuel Makronun “NATO beyin ölümü keçirdi” açıqlaması haqda “çox nəzakətsiz” ifadəsi işlədib.

Avropa.info xəbər verir ki, NATO-nun sammitində iştirak etmək üçün Londona gedən Tramp alyansın baş katibi Yens Stoltenberqlə mətbuat konfransı keçirib. 

“NATO əla məqsədə xidmət edir, NATO-ya ən çox Fransanın ehtiyacı var. Türkiyə də Makronun özü beyin ölümü keçirdi demişdi” – o, belə deyib.

Türkiyəni çox sevdiyini və Ərdoğanla yaxşı anlaşdığını bildirən Tramp “Türkiyə ilə yaxşı münasibətlərimiz var. Kifayət qədər uzun müddət sərhədlərində qaldıq, artıq sərhədlərindən çıxdıq. Yaxşı iş bacarırlar” deyib.

ABŞ prezidenti Türkiyənin İŞİD lideri Əbubəkr Bağdadinin öldürülməsi məsələsində “ABŞ-a çox kömək etdiyini” deyib. 


Oxunma sayı: 12585

Oxşar yazılar