Azərbaycanda 5 tələbə qız zəhərləndi

  • 14:56 - 03 Dekabr

Qazaxda zəhərlənən tələbələr xəstəxanadan evə yola salınıblar.

Avropa.info xəbər verir ki, bu barədə Trend-ə Qazax Müalicə Diaqnostika Mərkəzindən bildiriblər. Qeyd olunub ki, xəstəxanaya çatdırılan tələbələrin vəziyyəti elə də ciddi olmayıb. Həkimlərin ilkin tibbi yardımından sonra onlar ambulator müalicəyə yola salınıblar.

Qeyd edək ki, Qazax Dövlət Sosial-İqtisadi Kollecininin 5 tələbəsi 19 yaşlı Əfsanə Səfərəli, Güləndam Həsənova, Xavər Məmmədova, Arzu Əlizadə, Mahizər Süleymanova zəhərlənmə diaqnozu ilə Qazax Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb. Onların tüstüdən zəhərləndiyi ehtimal olunur.

***

Qazaxda kollec tələbələri zəhərlənib.  

Avropa.info APA-ya istinadən xəbər verir ki, hadisə Qazax Dövlət Sosial İqtisadi Kollecində qeydə alınıb. Kollecin tələbələri 19 yaşlı Əfsanə Mətləb qızı Səfərli, 19 yaşlı Güləndam Sadiq qızı Həsənova, 19 yaşlı Xavər Fikrət qızı Məmmədova, 18 yaşlı Arzu Azər qızı Əlizadə və Mahizər Akif qızı Süleymanova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Tələbələrin kollecdəki dizel yanacağı ilə işləyən sobanın tüstüsündən zəhərləndiyi ehtimal olunur.


Oxunma sayı: 4753

Oxşar yazılar