MÜSİAD iş adamlarını Azərbaycana sərmayə qoymağa dəvət etdi – Fotolar

  • 13:12 - 03 Dekabr

MÜSİAD Azərbaycan Türkiyədə düzənlənən “IV İpəkyolu Zirvəsi”ndə iş adamlarını Azərbaycana sərmayə qoymağa dəvət edib. Trabzonda iş adamları üçün düzənlənən“IV İpəkyolu Zirvəsi”də dünyaca məşhur olan şirkətlərin vitse-prezidentləri bir araya gəliblər. 

Avropa.info xəbər verir ki, tədbirin açılışını Türkiyənin Maliyyə və Xəzinə naziri Berat Albayrak edib. 

Albayrak “Çinin tarixi “İpək yolu”nu canlandırmaq, Sakit okeandan Atlantikə qədər ticarət körpüsü qurmaq naminə KuşaqYol layihəsinin 8 trilyon dollarlıq həcmi və ticarətə gətirəcəyi yeni gəlir ana dayanacaqlardan biri olan Türkiyə iqtisadiyyatı üçün fürsətdir”, - deyə sözə başlayıb. 

“IV İpəkyolu Zirvəsi”nə qatılan MÜSİAD Azərbaycanı təmsil edən iş adamları ikili görüşlər zamanı Azərbaycandakı sərmayə sektorları haqda müzakirələr aparıblar. MÜSİAD Azərbaycan Birliyinin idare heyetinin üzvü Mehmet Akbıyık çıxışı zamanı ən böyük hədəflərinin Azərbaycana sərmayə qoydurmaq olduğunu bildirib. Tədbirdə dövlətin sərmayəçilərə diqqət çəkən təkliflər irəli sürdüyünü də anladıb. 

Ali Kan


Oxunma sayı: 3345

Oxşar yazılar