“Hansı Milad hədiyyəsini seçəcəyinizə özünüz qərar verin” – Şimali Koreyadan ABŞ-a nüvə mesajı

  • 13:07 - 03 Dekabr

Nüvə danışıqlarının davamı ilə bağlı ABŞ-a verilən müddətinin başa çatmasına az qalmış rəsmi Pxenyan meydan oxuyan tərzdə açıqlama verib.

Avropa.info xəbər verir ki, KXDR XİN-nin ABŞ üzrə nümayəndəsi Ri Thae Sonq ABŞ-ın vaxt qazanmaq üçün danışıqlar təkliflərini təkrarladığını, ancaq real həll yolları təklif etmədiyini deyib.

R özləri üçün vacib irəliləmə olmadığı halda Şimali Koreyanın nüvə diplomatiyası aparmaq niyyətində olmadığını qeyd edib:

“ABŞ səsləndirdiyi dialoq, özü etibarilə, Şimali Koreya Demokratik Xalq Respublikasının dialoqa məhkum qalmasını hazırlayan axmaqca bir nömrədən başqa bir şey deyil və bu ABŞ-dakı seçki və siyasi vəziyyət lehinə istifadə edilir. Hansı Milad hədiyyəsini seçmək qərarını tamamilə ABŞ-ın ixtiyarındadır”.

Xatırladaq ki, Kim Çen In nüvə danışıqları ilə bağlı razılaşacaqları şərtləri irəli sürməsi üçün ABŞ-a ilin sonunadək vaxt vermişdi. ABŞ-ın sanksiyalar və təzyiqlər məsələsində inad etməsi halında “yeni bir yol” axtarışına çıxacaqlarını bəyan etmişdi.

Qeyd edək ki, ABŞ və Şimali Koreya arasında danışıqlar fevral ayından bu yana fasilələrlə davam edir. Son dəfə oktyabr ayında İsveçdə görüşən tərəflərdən Şimali Koreya ABŞ-ın əvvəlki mövqeyindən əl çəkməməkdə ittiham edərək, görüşlər kəsmişdi.


Oxunma sayı: 5930

Oxşar yazılar