"NATO-dan YPG-nin terror təşkilatı kimi tanımasını tələb edəcəyik" - Ərdoğan

  • 11:53 - 03 Dekabr

Türkiyə prezidenti Ərdoğan Londonda keçiriləcək NATO sammitindən əvvəl jurnalistlərin suallarına cavab verib.

Avropa.info xəbər verir ki, Ərdoğan sammitdə NATO-dan YPG-nin terror təşkilatı kimi tanımasını tələb edəcəklərini bildirib:

“Bizim terror təşkilatı kimi tanıdıqlarımızı dostlarımız terror təşkilatı kimi qəbul etməzlərsə, atılacaq hər cür addımın qarşısında olarıq”.

Qeyd edək ki, Türkiyə YPG-nin NATO tərəfindən terror təşkilatı kimi tanınmamasına cavab olaraq, Baltikyanı ölkələr və Polşada Rusiya hücumuna qarşı müdafiə planı layihəsini bloklamışdı.

Rusiya ilə münasibətlər barədə danışan Türkiyə prezidenti “Yaxşı münasibətlərimiz müttəfiqlərimizlə olan münasibətlərimizin alternativi deyil, tam mənası ilə tamamlayıcısıdır” deyib.

O, Baltikaynı ölkələri əhatə edəcək iclas barəsində Polşa prezidenti ilə ikitərəfli görüş keçirdiyini deyib.

Fransa prezidentinin “NATO-nun klinik ölüm keçirməsi” açıqlamasına münasibət bildirən Ərdoğan “NATO-nun müdafiə qabiliyyətini azaldacaq populist bəyanatlardan uzaq durmaq lazımdır” deyib.

Türkiyə prezidenti sammitin ilk günündə Fransa, İngiltərə və Almaniya dövlət başçıları ilə dördtərəfli toplantıda iştirak edəcəyini qeyd edib.


Oxunma sayı: 4918

Oxşar yazılar