“Türkiyəyə qarşı sanksiyaları qəbul et” – Amerikalı senatorlardan Trampa məktub

  • 11:30 - 03 Dekabr

Amerikalı senatorlar Lindsi Qrem və Kris Van Hollen dövlət katibi Mayk Pompeoya məktub yazaraq, Rusiyadan S-400 HHM sistemləri aldığına görə, Tramp hakimiyyətini Türkiyəyə CAATSA sanksiyalarını tətbiq etməyə çağırıb.

Avropa.info xəbər verir ki, senatorların ünvanlandığı məktubda deyilir:

“Daha əvvəl Türkiyənin Rusiyadan S-400 HHM sistemi satın alması halında ABŞ sanksiyalarının tətbiq olunacağını qəbul etmişdiniz. CAATSA S-400 sisteminin aldığı üçün Türkiyəyə qarşı sanksiyaları nəzərdə tutur. Hazırda Ankara S-400-ləri sınaqdan keçirir. Üstəlik, Türkiyəyə daha çox S-400 satılması ilə bağlı Rusiyadan açıqlama gəldi. Həm Ağ Ev, həm də Konqres S-400 məsələsinin daha irəli getməsi halında sanksiyaların tətbiq olunacağı barədə prezident Ərdoğana xəbərdarlıq etmişdi. 

Ağ Evə son səfərinə rəğmən prezident Ərdoğan kursunu dəyişdirməsinə dair mesaj vermədi. Səbir müddəti doldu. İndi qanunu tətbiq etmək zamanıdır. Qanunun tətbiqinin uğursuzluğa düçarı digər ölkələrə çox pis siqnal olar”.


Oxunma sayı: 10968

Oxşar yazılar