Hindistanda güclü yağışlar nəticəsində 17 nəfər ölüb

  • 23:33 - 02 Dekabr

Hindistanda güclü yağışlar nəticəsində 17 nəfər ölüb.

Tamil Nadu əyalətində yağıntılar nəticəsində 16 metr uzunluğundakı divar 3 evin üstünə aşıb. Həmin evdə yaşayan 17 nəfər ölüb. Onlardan 2-si uşaqdır.

Qeyd edək ki, bölgədə həftə sonunda güclü yağışlar başlayıb.Sinoptiklər yağıntıların daha bir neçə gün davam edəcəyini açıqlayıblar.(apa)


Oxunma sayı: 7393

Oxşar yazılar