Gürcüstan parlamentinin komitə sədri istefa verib

  • 02 Dek - 2019

Gürcüstan parlamentinin Səhiyyə və sosial məsələlər üzrə komitəsinin sədri Akaki Zoidze istefa verib.

“Report” xəbər verir ki, bu barədə o, özü jurnalistlərə deyib.

A.Zoidze siyasətdən də getdiyini açıqlayıb.

Qeyd edək ki, A.Zoidze Gürcüstanda 2020-ci ildə proporsional seçki sisteminə keçidlə bağlı referendum və ya plebisitin keçirilməsini təklif edib. Parlament üzvünün bu təklifi hakim Gürcü Arzusu Partiyasında dəstəklənməyib.


Oxunma sayı: 837

Oxşar yazılar