Britaniyanın Baş Naziri məhkumların cəzalarının çəkilməmiş hissəsindən azad edilməsinin dayandırılacağını bildirib

  • 02 Dek - 2019

Böyük Britaniyanın Baş Naziri Boris Conson terror aktı törətməkdə təqsirli bilinərək məhkum olunan 74 nəfərin cəzalarının çəkilməmiş hissəsindən azad edildiyini bildirib. Baş Nazir bildirib ki, Ədliyyə Nazirliyi cəzalarının çəkilməmiş hissəsindən azad edilən 74 nəfərə lisenziya verilməsi şərtlərinə baxacaq. Boris Conson vaxtından əvvəl sərbəst buraxılmanın dayandırılacağını deyib.

Xatırladaq ki, noyabrın 29-da Usman Xan adlı şəxs London körpüsündə insanlara hücum edib. Hücum nəticəsində iki nəfər həlak olub, üç nəfər xəsarət alıb.

Araşdırmalar nəticəsində Usman Xanın London fond birjasında partlayış törətməkdə təqsirli bilinərək 16 il müddətinə azadlıqdan məhrum edildiyi, ancaq ötən ilin dekabrında vaxtından əvvəl şərti azadlığa buraxıldığı müəyyənləşib.


Oxunma sayı: 848

Oxşar yazılar