Penitensiar Xidmətin sabiq qarovul rəisi Ali Məhkəməyə şikayət verib

  • 02 Dek - 2019

Bakıda dustaqların qaçmasında təqsirli bilinən Penitensiar Xidmətin qarovul rəisi olmuş Ceyhun Səmədov barəsindəki hökmdən kassasiya şikayəti verib.

Kassasiya şikayətinə hakim Tahir Kazımovun sədrlik etdiyi cinayət kollegiyası baxacaq. Baxış iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, Ceyhun Səmədov Ədliyyə Nazirliyi Penitensiar Xidmət rəisinin sabiq müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanovun bacısı oğludur.

Xatırladaq ki, 2017-ci il oktyabrın 23-də Bakıda məhbusların qaçması ilə bağlı cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müğənni Fədayə Laçın 5 il, Penitensiar xidmətin tabor komandiri Bəhruz Abdullayev 9 il, qarovul rəisi Ceyhun Səmədov 9 il, müavinləri - Tural Poladxanov 8 il 6 ay, Fuad Hacıyev 8 il 6 ay, taksi sürücüsü Məhəmməd Hacıyev 7 il, Günay Atakişiyeva 6 il, Aqil Nəcəfov 9 il, İsrafil Soltanov 7 il, Şahmar Bəyəlizadə 7 il, Tərlan Zeynalov 7 il, Anar Əsgərov 7 il və Əli Ağami (cəzaları birləşdirilib) 20 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmənin sentyabrın 30-da verdiyi qərara əsasən, Konvoy Taborunun komandiri Bəhruz Abdullayevin cəzası 3 ilə endirilib və cəzasının qalanını məntəqə tipli cəzaçəıkmə müəssisəsində çəkəcək. Təqsirləndirilən Fuad Hacıyevin cəzası 4 ilə, Günay Atakişiyevanın cəzası 5 ilə endirilib.

Təqsirləndirilən Məhəmməd Hacıyevın, İsrafıl Soltanovun, Tərlan Zeynalovun, Anar Əsgərovun cəzaları 4 ilə endirilib. Aqil Nəcəfovun cəzası 8 ilə, Ceyhun Səmədovun cəzası 8 il 6 aya, Tural Poladxanovun cəzası isə 8 il 3 aya qədər azaldılıb.

Fədayə Laçının cəzası Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə 2 ilə endirilib.Fədayə Laçının cəza müddəti başa çatdığı üçün oktyabrın 29-da azadlığa buraxılıb. (report)


Oxunma sayı: 991

Oxşar yazılar