Elmar Məmmədyarov İsrailin Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

  • 02 Dek - 2019

Xarici İşlər naziri Elmar Məmmədyarov İsrailin Azərbaycana yeni təyin olunmuş səfiri Corc Diki qəbul edib.

XİN-dən Avropa.info-ya verilən məlumata görə, nazir Elmar Məmmədyarov İsrailin ölkəmizdəki səfiri Corc Diki yeni təyinatı münasibətilə təbrik edərək, onun iki ölkə arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyinə ümid etdiyini bildirib.

Görüş zamanı tərəflər Azərbaycan və İsrail arasında enerji və təhlükəsizlik sahəsində əməkdaşlığın inkişafından məmnunluq ifadə ediblər, iqtisadi, elm-təhsil, turizm, mədəniyyət və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini qeyd ediblər.

Səfir Corc Dik etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib. 

Səfir Corc Dik diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsi səylərini əsirgəməyəcəyini bildirib.

Nazir Elmar Məmmədyarov səfir Corc Dik diplomatik fəaliyyətində uğurlar arzu edib.


Oxunma sayı: 628

Oxşar yazılar