Prezident İlham Əliyev Putinə başsağlığı verdi

  • 02 Dek - 2019

Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı məktubu göndərib.

Avropa.info xəbər veirr ki, başsağlığında deyilir:

"Hörmətli Vladimir Vladimiroviç, 

Zabaykalyedə yol-nəqliyyat hadisəsi nəticəsində çoxsaylı insan tələfatı haqqında xəbər məni dərindən kədərləndirdi.

Sizə, həlak olanların doğmalarına və yaxınlarına səmimi qəlbdən başsağlığı verir, zərərçəkənlərin hamısının tezliklə sağalmasını arzu edirəm".


Oxunma sayı: 727

Oxşar yazılar