Qərbin 2023 planı mətbuatı sızdı – Əkrəm İmamoğlu və Əli Babacan detalı

  • 17:36 - 02 Dekabr

Türkiyə siyasətində yaxınlarda partiyasının adını açıqlaması gözlənilən Əli Babacan və İstanbul bələdiyyə seçkisini yüksək səslə qazanan Əkrəm İmamoğlu xarici mətbuatın diqqət mərkəzindədir.

Avropa.info xəbər verir ki, İstanbulda keçirilən seçkidən sonra Türkiyədəki bəzi xarici ölkə səfirliklərin fəaliyyətində canlanma baş vermişdi. İctimai araşdırma təşkilatlarını ziyarət edir, anket sorğuları keçirdirdilər.

Türki köşə yazarı Əbdülqadir Selvi bu səfərlərin pərdə arxasını “Əcnəbilərin Əkrəm İmamoğlu və Əli Babacan marağı” köşəsində izah edib.

Selvi xarici missiya başçılarının anketlər və ekspertlərdən “Əkrəm İmamoğlu haraya qədər yüksələ bilər? Əli Babacanın partiyası nə iş görər? AK Partiya nə qədər səs alar? Əkrəm İmamoğlunun prezidentliyə namizədliyinə dəstək verərmi?” suallarına cavab axtardıqlarını yazıb.

Selvi Davudoğlunun yaradacağı partiya ilə bağlı əcnəbilərin “İslamçı kürd mühafizəkarlar partiyası” şərhi verdiklərini yazıb. O, bütün hesabların 2023-cü il seçkilərinə görə aparıldığını qeyd edərək, yazır:

“Türkiyənin başında Ərdoğan kimi güclü lider görmək istəmirlər. Çünki o zaman həm Türkiyə üzərində, həm bölgədə istədikləri əməliyyatları həyata keçirə bilmirlər. Bu səbəbdən güclü liderlik yerinə koordinasiyalı prezidentlik istəyirlər. Onun üçün də 2023 seçkilərinə göz dikmiş, ümidlərini isə Əkrəm İmamoğlu və Əli Babacan adlarına bağlayıblar”.


Oxunma sayı: 11760

Oxşar yazılar