BMU-da Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi qeyd olunacaq

  • 02 Dek - 2019

Dekabrın 5-də Bakı Mühəndislik Universitetində (BMU) “Əhməd bəy Ağaoğlunun ictimai fəaliyyətləri və tənqidi görüşləri” mövzusunda seminar keçiriləcək.

Avropa.info xəbər verir ki, tədbirdə millət  vəkili, Azərbaycan Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov, 175 nömrəli tam orta məktəbin direktoru, fil.ü.f.d. Tural Mirzəliyev məruzələrlə çıxış edəcəklər. 

Seminardan sonra T.Mirzəliyevin “Əhməd bəy Ağaoğlu” adlı kitabının təqdimatı olacaq. 

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 10 aprel 2019-cu il tarixdə “Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb. Qeyd olunan Sərəncamın icrası ilə əlaqədar Təhsil Nazirliyi cari ilin 3 iyul tarixində Tədbirlər Planını təsdiq edib. 


Oxunma sayı: 760

Oxşar yazılar