Sürücülərin nəzərinə - Bu avtomobillər kamera ilə sizi çəkir

  • 02 Dek - 2019

Bakıda eyni operativ nəqliyyat vasitələri xidmətə başlayıb.

Avropa.info news24.az-a istinadən xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin istifadəyə verdiyi SEAT markalı bu avtomobillərin üzərinə bir neçə xüsusi kamera quraşdırılıb. Avtomobillər əsasən Heydər Əliyev prospektində dayanma-durma qaydalarını pozan maşınların fotolarının çəkilərək elektron protokolların tərtib edilməsi məqsədilə fəaliyyət göstərir. Yaxın vaxtlarda bu avtomobillərin bütün Bakı ərazisində qaydaları pozan sürücüləri cərimələməyə başlayacağı gözlənilir.


Oxunma sayı: 826

Oxşar yazılar