Peskov Ərdoğan-Putin görüşünün tarixini açıqladı

  • 15:10 - 02 Dekabr

Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan planladığı kimi 2020-ci ilin 8 yanvarında görüşəcəklər.

Avropa.info xəbər verir ki, bu açıqlama ilə Rusiya prezidentini mətbuat üzrə katibi Dmitri Peskov çıxış edib. O, danışıqların İstanbulda keçiriləcəyini istisna etməyib. 

“Bəli, həqiqətən bu tarixdə prezidentlərin görüşü gözlənilir. Səfərin əsas mövzusu “Türk axını”nın açılışı olacaq” – Peskov deyib.

Onun sözlərinə görə, görüş Türkiyə-Rusiya münasibətləri çoxplanlı xarakter daşıyır və gündəmdə müzakirə olunmalı başqa böyük layihələr də var.

“Hələ ki, söhbət İstanbula səfərdən gedir, ancaq bütün detallar razılaşdırılanadək hələ vaxt var” – Peskov qeyd edib.


Oxunma sayı: 4555

Oxşar yazılar